RU

Hava limanı bağlanıb

Şimali Qafqazda ardıcıl olaraq dördüncü hava limanı – Mahaçqala hava limanı aprelin 24-də müvəqqəti olaraq bağlanıb. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, aeroport Moskva vaxtı ilə saat 14:05-dən etibarən təyyarələrin qəbulunu və yola salınmasını dayandırıb. Açıqlamada qeyd olunub ki, məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir.

Qeyd edək ki, həmin gün daha əvvəl Vladikavkaz (Beslan), Qroznı (Severnı) və Maqas hava limanlarının da fəaliyyətinin müvəqqəti dayandırıldığı açıqlanmışdı.

Избранный
65
5
cebheinfo.az

10Источники