Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin İrana qarşı hərbi əməliyyatını "dünyaya hədiyyə" adlandırıb və Tehranı saziş bağlamağa çağırıb.aia.az xəbər verir ki, o bunu brifinqdə çıxış edərkən bəyan edib.Heqsetin sözlərinə görə, "Epik qəzəb" əməliyyatı ABŞ silahlı qüvvələrinin gücünü nümayiş etdirib."Bu cəsarətli və təhlükəli missiya dünyaya hədiyyədir", - o vurğulayıb və ABŞ-nin İranda "qətiyyətli hərbi nəticələr" əldə etdiyini əlavə edib.Müharibə naziri həmçinin qeyd edib ki, Tehran hazırda mühüm seçim qarşısındadır."İranın yaxşı, ağlabatan saziş bağlamaq şansı var", - o bəyan edib.aia.az