
Moskva diplomatik kanallar vasitəsilə Yaponiya hakimiyyətindən Ukraynaya silah tədarükünün mümkün olmayacağına dair zəmanət alıb.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.
"Yaponiya hakimiyyət orqanlarından Ukraynanın özü də daxil olmaqla silahlı münaqişə zonalarına ixrac edilən silahların və ikili təyinatlı məhsulların tədarükünün mümkünsüzlüyü və son istifadəçi sertifikatlaşdırma tələblərinə uyğunluq üzərində nəzarəti gücləndirmək niyyətləri ilə bağlı diplomatik kanallar vasitəsilə təminatlar alınıb", - deyə o, brifinqdə bildirib.
İlahə Qənbərli
Missiya.Az