RU

Şagirdin məktəbdə ən çox ehtiyac duyduğu şey SEVGİDİR

Ajans.az xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor müavini Fuad Qaarayev bildirib. "O müəllimlər ki, şagirdlər tərəfindən çox sevilirlər, uşaqlar hər zaman o müəllimlərin yanında zaman keçirməyi daha çox sevirlər. Bəzən müəllim sinifdə səsini yüksəltmək ehtiyacı duyur, yaxşı ifadə olunmayacaqsa, qışqırmaq ehtiyacı duyur. Bu nə vaxt baş verir? Əgər iki qarşılıqlı ünsiyyət quran insan qarşıdakının onu dinləmədiyini hiss etdikcə, onda səsin volumu hər zaman artır. Yəni əgər qəlbinə toxuna bilmirsə və beyninə toxuna bilmirsə, o zaman o səsin tonu artır.

Müəllimin bu gün birinci işi şagirdin qəlbinə toxuna bilməkdir. Mən belə düşünürəm ki, şagirdin beyninə gedən yol onun qəlbindən keçir. Birinci sevəcək, özünü sevdirəcək, mərhəmətli olacaq, dinləyəcək, empatiya edəcək və ondan sonra şagirdə nələr söylətməyə çalışacaq".

Избранный
45
Ajans.az

1Источники