Bakı. Trend:
Son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyubvə bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildəgöstərməkdədir.
Trend xəbərverik ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiyadepartamentinin rəhbəri Elnur Hidayətoğlu jurnalistlərəaçıqlamasında bildirib.
Onun sözlərinə görə, ilk növbədə, əhalinin sağlamlığınınqorunması və keyfiyyətli, əlçatan tibbi xidmətlərin təmin olunmasıistiqamətində mühüm addımlar atılıb:
"Bu kontekstdə xüsusilə vurğulamaq lazımdır ki, icbari tibbisığorta çərçivəsində xidmətlər zərfi genişləndirilib və nəticəetibarilə vətəndaşlara göstərilən xidmətlərin həcmində əhəmiyyətliartım qeydə alınıb.
Məhz buna görə də infrastrukturun yenilənməsi və tibbmüəssisələrinin müasir tibbi avadanlıqlarla təmin olunmasıistiqamətində ardıcıl tədbirlər həyata keçirilir. TƏBİB-intabeliyində olan tibb müəssisələrində hər il milyonlarla vətəndaşaambulator, stasionar və cərrahi tibbi xidmətlər göstərilir.
Digər tərəfdən, həyata keçirilən islahatların dayanıqlı olmasıüçün insan resurslarının gücləndirilməsi də xüsusi əhəmiyyətdaşıyır. Bu baxımdan, davamlı islahatlar çərçivəsində tibbmərkəzlərinə, xüsusilə rəhbər heyətə təcrübəli, peşəkar və yüksəknüfuza malik kadrların cəlb olunması istiqamətində məqsədyönlüişlər aparılır.
Əlbəttə ki, bütün bu proseslər prioritet istiqamətlər üzrəsistemli şəkildə davam etdirilir. Bu səbəbdən də rəqəmsallaşmanıngenişləndirilməsi və vahid elektron sistemin formalaşdırılması,təcili və təxirəsalınmaz tibbi yardım sisteminintəkmilləşdirilməsi, ilkin səhiyyə xidmətinin gücləndirilməsi, eləcədə tibb işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, həkimlərinhüquqlarının qorunması və peşənin nüfuzunun artırılması prioritetistiqamətlər kimi müəyyənləşdirilib.
Nəticə etibarilə, həyata keçirilən bütün bu tədbirlərin əsasməqsədi, TƏBİB-in fəaliyyətində ana xətt vətəndaş məmnuniyyətinintəmin olunması və səhiyyə sisteminə ictimai etimadın daha dagücləndirilməsidir".