RU

"Livanda çox dəhşətli vətəndaş müharibəsi baş verə bilər" -AÇIQLAMA

İsrail və Livan rəsmilərinin danışıqlarının növbəti mərhələsinin Vaşinqton şəhərində baş tutacağı gözlənilir. Xarici mənbələrin məlumatına əsasən, rəsmi Beyrut bazar günü başa çatacaq atəşkəs rejiminin daha bir ay müddətinə artırılmasını istəyir.

Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev qeyd etdi ki, atəşkəsin uzadılması gözləniləndir:

"Çünki hal-hazırda Livan mərkəzi hökuməti və Amerika Birləşmiş Ştatları arasında bu məsələ ilə bağlı razılaşma var və görünür ki, ABŞ də atəşkəsin uzadılmasında maraqlıdır və yəqin ki, İsrail tərəfini bununla bağlı razı salmağa çalışacaq. Ancaq təbii ki, burada ABŞ-nin özünün də tələbi olacaq. Livan rəsmi şəkildə "Hizbullah"ın silahı buraxması üçün müraciət edib, ancaq təbii ki, "Hizbullah"ın hal-hazırda silahlı gücü Livanın mərkəzi hökumətindən çoxdur. Buna görə də çox da ehtimal yoxdur ki, "Hizbullah" silahı buraxsın. Ancaq ABŞ mərkəzi hökumətə bunu diktə edir ki, silahı buraxsın.

Gələcəkdə ola bilər ki, əgər ABŞ bu şəkildə davam edərsə, Livanda "Hizbullah"la mərkəzi hökumət arasında vətəndaş müharibəsi baş verə bilər. İsraillə atəşkəsin bağlanması hal-hazırda hər iki tərəfə sərf edir. Çünki İranla müharibədən sonra İsrailin nisbətən öz gücünü toparlamasına ciddi şəkildə ehtiyacı var, ərazisində dağıntılar var və buna görə də sırf "Hizbullah"la müharibəyə girməsi müəyyən dərəcədə problemlər yarada bilər".

Siyasi şərhçi atəşkəsin uzunömürlü olacağı qənaətində deyil:

"Düşünürəm ki, bir müddət sonra ABŞ-nin dəstəyi ilə İsrail yenidən "Hizbullah"a qarşı əməliyyatlara başlaya bilər və burada da ABŞ-nin əsas istəyi məhz Livandakı qanuni hökumətin bu əməliyyatlara dəstək verməsi, elə hökumətin özünün əməliyyatlara başlamasıdır. Yəni, əslində Beyrutdakı mərkəzi hökumət və ABŞ arasında davam edən razılıq və dialoqun əsas məsələsi məhz budur. Əgər hökumət buna razılıq versə, Livanda çox dəhşətli vətəndaş müharibəsi baş verə bilər".

Aytəkin TOFİQQIZI

Избранный
46
1
redaktor.az

2Источники