RU

Vinisiusu təhqir edən futbolçu 6 oyunluq cəza alıb

Bakı, 24 aprel, AZƏRTAC

Portuqaliyanın “Benfika” klubunun futbolçusu Canluka Prestianni intizam qaydalarını pozduğuna görə cəzalandırılıb.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qərara əsasən, argentinalı yarımmüdafiəçi irqçi təhqirlərə görə 6 oyunluq diskvalifikasiya olunub. Cəzanın 3 oyunu şərti tətbiq ediləcək.

İnsident fevral ayında UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” və “Real Madrid” arasında keçirilmiş ilk matçda baş verib. Həmin görüşdə Prestianni Vinisius Junioru “meymun” adlandıraraq, təhqir edib.

Qeyd olunub ki, UEFA cəzanın yalnız avrokubok oyunları ilə məhdudlaşmaması üçün FIFA-ya müraciət etməyi planlaşdırır.

 

Избранный
78
azertag.az

1Источники