RU

Yazıçı publisist Günel Anarqızı ilə görüş keçirilib

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Ulduz”lu görüşlər” çərçivəsində Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı ilə görüş keçirilib. 

525.az xəbər verir ki, “Ulduz” jurnalı ilə Azərbaycan Universitetinin birgə layihəsi olan tədbirdə jurnalın baş redaktoru Qulu Ağsəs, baş redaktor müavini Təranə Vahid, universitetin bakalavr tələbələri iştirak ediblər. 

Günel Anarqızı öz yaradıcılıq yolundan, Bakı Kitab Mərkəzinin yaranma tarixçəsi və  kitabların  insan həyatındakı rolundan danışıb. Səmimi ovqat və polemika şəraitində keçən görüşdə G. Anarqızı çoxsaylı suallara cavab verib. 

Sonda yazıçı gənc filoloqlara avtoqrafla “Sərhədsiz səma” kitabını hədiyyə edib. 

Tədbirin sonunda mərkəzin əməkdaşı Leyla Əsgərova tələbələri Bakı Kitab Mərkəzinin bölmələri ilə tanış edib və onları həftənin sonunda kitab endirimlərindən yararlanmağa çağırıb. 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
2
525.az

3Источники