Azərbaycanda IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi aprelin 27-si saat 18:00-dan etibarən dayandırılır.
Far.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, yerdəyişmənin dayandırılmasına səbəb IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlərin təşkilidir.
Bildirilib ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər aprelın 30-u saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.