RU

"Benfika"nın futbolçusu Vinisiusa görə 6 oyunluq cəzalandırıldı

Bakı. Trend:

UEFA "Benfika" ilə "Real" arasında keçirilən UEFA ÇempionlarLiqasının pley-off matçında baş verən insidentdən sonra CanlukaPrestyanni ilə bağlı rəsmi qərarını açıqlayıb.

Trend xaricimediaya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu oyundamadridlilərin vingeri Vinisius Juniorun ünvanına ayrı-seçkilikxarakterli və homofob ifadələr işlətdiyi üçün avrokuboklarda altıoyunluq cəzalandırılıb.

Cəzanın üç oyunu şərti xarakter daşıyır. Futbolçu növbəti iki ilərzində intizam qaydalarını pozmasa, həmin üç oyunluq cəza ləğvedilə bilər. Beləliklə, Prestyanni artıq bir oyunu buraxıb vəkomandasına avrokuboklarda qarşıdakı iki görüşdə də kömək edəbilməyəcək.

Argentinalı vinger irqçi təhqirləri inkar etsə də, UEFA-nınintizam orqanları onun hərəkətlərini diskriminasiya xarakterlidavranış maddəsi üzrə qiymətləndirib. İnsident "Real"ın 1:0 hesablıqələbəsi ilə başa çatan matç zamanı yaşanıb.

Bundan əlavə, UEFA FIFA-ya müraciət edərək diskvalifikasiyanıntəşkilatın himayəsi altında keçirilən turnirlərə də şamilolunmasını istəyib. Bu müraciət qəbul olunarsa, Prestyannibeynəlxalq oyunları, o cümlədən Argentina millisinin dünyaçempionatındakı mümkün matçlarını da buraxa bilər.

Məqalədə:
Избранный
39
2
az.trend.az

3Источники