ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranda hərbi məqsədlərinə çata bilməyən ABŞ indi də danışıqlar masasında istəyinə nail olmağa çalışır. Tehran isə güzəştə getmək niyyətində deyil.
Axar.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti İsmayıl Səqqab İsfahani deyib.
"Düşmən heç bir məqsədinə çata bilmədi. Belə bir şəraitdə onun danışıqlar tələb etməsi tamamilə təbiidir. ABŞ özünü supergüc kimi hiss etdi və heç bir nəticə verməyən müharibəyə girdi. Hərbi əməliyyatları üç-dörd gün ərzində bitirmək niyyətində idi, lakin özünü çıxılmaz vəziyyətə saldı. İndi döyüş meydanında əldə edə bilmədiyi şeyə danışıqlar yolu ilə nail olmağa çalışır", - deyə İran rəsmisi bildirib.
İsfahani ölkəsinin danışıqlar prosesində güzəştə getməyəcəyini vurğulayıb: "İranın cavabı aydındır: döyüş meydanında qəbul etmədiyi şeyi danışıqlar masasında qəbul etməyəcək".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.