RU

73-cü əsir mübadiləsi: Ukrayna Rusiya ilə yeni əsir mübadiləsi aparıb

Bu, artıq sayca 73-cü əsir mübadiləsidir.

Ukrayna Rusiya ilə yeni əsir mübadiləsi çərçivəsində daha bir qrup əsgəri geri qaytarıb. Əsirlikdən  193 əsgər geri qaytarılıb.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, yeni mübadiləni həmişəki kimi Ukrayna Prezidenti Volodimir Zelenski  elan edib.

Dövlət başçısı qeyd etdi ki, "mübadilənin bir hissəsi olaraq 193 Ukrayna əsgəri evə qayıdır".

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin, Milli Polisin və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin hərbçiləri vətənə qayıdırlar.

"Onlar Ukraynanı müxtəlif vəzifələrdə müdafiə ediblər. Onların arasında Rusiyanın cinayət işi açdığı şəxslər və yaralılar da var", - Prezident əlavə edib ki, .

Zelenski bu cür mübadilələrin aparılmasına kömək edənlərə təşəkkür edib.

QAZİLER.AZ

Избранный
65
qaziler.az

1Источники