RU

UEFA Prestiannini Vinisiusa görə cəzalandırdı

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) Nəzarət, Etika və İntizam Orqanı argentinalı “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestiannini altı oyunluq (üçü - şərti) müddətə diskvalifikasiya edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu, “Real Madrid”in hücumçusu Vinisiusa qarşı irqçi təhqirlərə görə baş verib. 

Qərarın verildiyi tarixdən etibarən oyunçuya iki illik sınaq müddəti də verilib.

UEFA-nın qərarı həm kluba, həm də milli komandaya şamil edilir.

Qeyd edək ki, Lissabonda keçirilən “Benfika” - “Real Madrid” matçı madridlilərin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Vinisiusun qolu həlledici olub. Vinisius qol vurduqdan sonra künc bayrağının yanında rəqs edib və bu da tribunaların sərt reaksiyasına səbəb olub. Bundan sonra meydanda gərginlik başlayıb. Hücumçu iddia edir ki, “Benfika”nın 25 nömrəli futbolçusu Vinisiusa beş dəfə “meymun” deyib. Braziliyalı futbolçunun hakim Fransua Leteksyeyə müraciətindən sonra oyun təxminən doqquz dəqiqə dayandırılıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
35
yeniavaz.com

10Источники