RU

Ə.Makron 2027-ci ildən sonra siyasətdə qalmayacağını deyib » AzadMedia.az

Ə.Makron

Fransa prezidenti Emmanuel Macron 2027-ci ildən sonra siyasətdə qalmayacağını açıqlayıb.

O bildirib ki, siyasi fəaliyyətini prezidentlik müddəti başa çatdıqdan sonra davam etdirməyi planlaşdırmır:
“Əvvəllər siyasətlə məşğul olmamışam və bundan sonra da olmayacağam”, – deyə Makron qeyd edib.

Xatırladaq ki, Fransada prezident seçkiləri 2027-ci ildə keçiriləcək və mövcud qanunvericiliyə görə Emmanuel Macron üçüncü dəfə namizədliyini irəli sürə bilməz.

Bu açıqlama onun gələcək siyasi karyerası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Избранный
23
1
azadmedia.az

2Источники