
Fransa prezidenti Emmanuel Macron 2027-ci ildən sonra siyasətdə qalmayacağını açıqlayıb.
O bildirib ki, siyasi fəaliyyətini prezidentlik müddəti başa çatdıqdan sonra davam etdirməyi planlaşdırmır:
“Əvvəllər siyasətlə məşğul olmamışam və bundan sonra da olmayacağam”, – deyə Makron qeyd edib.
Xatırladaq ki, Fransada prezident seçkiləri 2027-ci ildə keçiriləcək və mövcud qanunvericiliyə görə Emmanuel Macron üçüncü dəfə namizədliyini irəli sürə bilməz.
Bu açıqlama onun gələcək siyasi karyerası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта