RU

Bu bakteriya ən çox quş əti və yumurta vasitəsilə yayılır

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Süfrəmizə gələn qidanın tərkibində gözlə görünməyən təhlükələrin gizlənməsi hər birimizi haqlı olaraq narahat edir. Ukraynadan ölkəmizə gətirilən tonlarla dondurulmuş toyuq ətində aşkarlanan uyğunsuzluq qida zəncirindəki boşluqları və sağlamlığımıza yönələn riskləri yenidən gündəmə gətirib.Məsələ ilə bağlı qida mühəndisi, nutrisoloq Fərid Səfərov Demokrat.az-a bildirib ki, toyuq məhsullarında Salmonella infeksiyasının aşkarlanması qida təhlükəsizliyi baxımından ciddi siqnaldır:"Bu bakteriya ən çox quş əti və yumurta vasitəsilə yayılır və düzgün idarə olunmadıqda qida zəhərlənməsinə səbəb ola bilər. Salmonella ilə çirklənmiş toyuq məhsulu yaxşı bişirilmədikdə insan orqanizminə keçə bilər, bu da ishal, qusma və qızdırma kimi qida zəhərlənməsi əlamətlərinə səbəb olur və xüsusilə uşaqlar, yaşlılar və hamilələr üçün daha yüksək risk yaradır. Amma vacib məqam ondan ibarətdir ki, Salmonella istiliyə həssasdır, yəni düzgün bişirmə ilə bu risk böyük ölçüdə aradan qaldırıla bilər".Ekspert deyib ki, istehlakçılar məhsulu alarkən və saxlayarkən bir sıra məqamlara diqqət etməlidirlər:"Dondurulmuş məhsul tam donmuş vəziyyətdə olmalıdır, paketdə buz kristalları və ya su izləri müşahidə olunursa bu yenidən dondurulma əlaməti ola bilər. Eyni zamanda son istifadə tarixinə və istehsalçı məlumatlarına diqqət yetirilməlidir. Gigiyena da mühüm rol oynayır, çiy toyuqla təmasdan sonra əllər mütləq yuyulmalı, çiy ət üçün istifadə olunan taxta və bıçaq digər qidalardan ayrı saxlanmalıdır ki, çarpaz çirklənmə riski yaranmasın. Düzgün bişirmə də əsas şərtdir, toyuq əti tam bişməli, çəhrayı hissə qalmamalı, şirəsi şəffaf olmalıdır, qanlı və ya çəhrayı görünüş olmamalıdır və təxminən 70–75 dərəcə daxili temperatur təhlükəsiz hesab edilir. Saxlama zamanı da çiy toyuq soyuducuda digər qidalardan ayrı yerləşdirilməli, dondurulmuş məhsul isə otaq temperaturunda deyil, soyuducuda əridilməlidir. Belə xəbərlər narahatlıq yaratsa da bu o demək deyil ki, bütün toyuq məhsulları təhlükəlidir, əsas məsələ istehsal zəncirində nəzarət və ev şəraitində düzgün davranışdır. İstehlakçı olaraq gigiyena və bişirmə qaydalarına əməl edildikdə risk minimuma endirilə bilər",- deyə o bildirib.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
50
demokrat.az

10Источники