RU

O sevən qəlbində dərd qalaqlandı

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Lətif ŞÜKÜROĞLUTarix üzrə fəlsəfə doktoru

Bu gün tanış edəcəm anamla gəlinini.

Deyir, bir gətir görüm halını, təhərini.

Yəqin xoşum gələcək balamın seçimindən,

Bunu mənə demədi, oxudum gözlərindən.

O gözlərin kədəri hara itmişdi görən,

Anam aşiqmi olub gəlinini görmədən?

Birdən qəlbinə yatmaz, onda necə olacaq,

Bu qara şübhə məni əldən salıb yoracaq.

Azı yüz yol deyibdi, təki balam evlənsin.

Mənim də ocağımdan nəvə səsləri gəlsin.

Hələ görməmiş sevir gəlinin boy-buxunun,

Heç soraq da eləmir uzağın, ya yaxının.

Atasının oğludur, kimi seçdiyin bilər.

Dərd anamı qocaldıb, indi qəddi düzələr.

Oğul belə düşünür, ana ümidlənibdi,

Sanasan, kasıb evə göydən nur ələnibdi,

Yuxu ərşə çəkilib, səhər açılmaq bilmir,

Bu gədə nə bərk yatıb, görüşə gecikirmi?

Ana qəlbi narahat, oyatmağa da qıymır,

Anama elə gəlir, bir kimsə onu duymur.

lll

Yaratdığın bəndəyə,

Bir yol göstər, İlahi.

Şeytan azdırıb nədir,

Hər gün artır günahı.

Əlləri qan içində,

Gözün də qan tutubdur.

Kin at çapır içində,

Ruhu candan uçubdur. 

Dərgahına gəlməyə

Üz qalmayıb bəndəndə,

Cəllad, ya qatil olub,

Özün salıb kəməndə.

Yeri-göyü bürüyüb

Körpələrin naləsi.

Dünya zülmət içində,

De, yoxmu bir çarəsi?

Ukraynalı gözələ

O doğma çöllər kimi

Qəlbin necə genişdi.

Dünya yəqin ki səndən

gözəlin görməmişdi.

Taleyin gətirmədi

Parçalandı ürəyin.

Mərmilər yağan gündən

Qəhr oldu duz-çörəyin.

Üzülmə, bahar gəlir

Sənin bəxtin də gülər.

Baxçanda bitirdiyin

Qızılgüllər dirçələr.

Sənə dua edənin

Tanrı köməyi olsun.

Qəlbində açan çiçək

Sevgi gərəyi olsun.

lll

Bircə baxışın da ömrə bəs idi,

Yağdı taleyinə mərmilər, gözəl.

Şirin nəğmələrin xoş təsəlliydi,

Beşikdəcə susdu ninnilər, gözəl.

O sevən qəlbində dərd qalaqlandı,

Köksünə amansız xəncər saplandı.

Torpağın, daşın da od tutub yandı

Nə qara yazıldı, bu günlər, gözəl.

lll

Bərəkətli çöllərin

Nərgizi, laləsiydin,

Sən həsrət könüllərə

Sevgi təsəllisiydin.

İndi qanın tökülür

Gül dərdiyin çöllərə.

De, bəxtmi üz döndərdi,

Düşdün qərib ellərə.

Neçə min əllər göydə,

Dualar səninlədir.

Nəğməndən qopan pərdə

Yeri, göyü inlədir.

Ancaq boyun əymə sən

Taleyin gərdişinə.

Əmin ol ki, doğacaq

Yenə günəş bəxtinə.

lll

Ay Allahım, yenə özün kömək ol,

Mürvət elə mən bu ildən qurtarım.

Aman vermə, bəd niyyətə, bəd sözə,

Paxıl qəlbdən, yaman dildən qurtarım.

Sən böyüksən, hər ürəyi bilirsən.

Ərşi, fərşi nələr varsa, görürsən.

Yaratdığın bəndəni ki sevirsən,

Lütf göstər, fənd-feldən qurtarım.

Dəyərsizdir dünya malı gözümdə,

Doğru dedim, bütöv oldum sözümdə.

Dağdan ağır yük olsa da dizimdə,

Dözər, bircə fitnə-şərdən qurtarım.

Son axtarma, əvvəldəydi sonun da,

Xeyir olmaz hər cür yolun sonunda.

Ağrısı var, acısı var sonun da,

Saman göndər, mən bu seldən qurtarım.

lll

Günəşli günlərdə kölgəsini əsirgəməyən ağac,

Bərəkətini gizlətməyən torpaq kimi ol.

Çöl-çəmənə həyat verən yağış,

ürkək qəlbə ümid dolu baxış ol.

Bir çiçək inadına torpağı, daşı dələn su,

Qayanın bozluğuna rəng qatan çiçək,

Bir ömrü nurlandıran sevgi dolu ürək ol.

lll

Sərib xəzəl donun bağa-bağçaya,

Harasa yamanca tələsir payız.

Nəmli gözlərilə baxıb dünyaya,

Yaşıl yamaclara nur səpir payız. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
78
525.az

1Источники