RU

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi oldu

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya və Ukrayna arasında "193x193" formulu üzrə əsir mübadiləsi həyata keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Aprelin 24-də Ukrayna ərazisindən 193 rusiyalı hərbçi geri qaytarılıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin 193 hərbçisi qarşı tərəfə təhvil verilib", - deyə məlumatda bildirilib.

Məlumata görə, hazırda rusiyalı əsirlər Belarus ərazisində yerləşiblər. Onlara tibbi və psixoloji yardım göstərilir. Sonradan onlar müalicə və reabilitasiya keçmək üçün Rusiyaya gətiriləcəklər.

Qeyd edək ki, əvvəlki əsir mübadiləsi aprelin 11-də baş tutub. Həmin vaxt tərəflər qarşılıqlı olaraq 175 hərbi əsiri dəyişdiriblər. Prosesdə vasitəçilik rolunu Birləşmiş Ərəb Əmirlikləri oynayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
2
unikal.az

3Источники