RU

Qalibafın istefası ilə bağlı iddialara RƏSMİ CAVAB

İranda parlament sədri Məhəmməd Bağır Qalibafın istefa verdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Musavat.com xəbər verir ki, İranın İslam Məsləhət Şurası bu iddiaları təkzib edib. Rəsmi açıqlamada bildirilib ki, Qalibafın vəzifəsindən getməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir və əsassızdır.

Qeyd edək ki, daha əvvəl İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın istefa verdiyi və ABŞ-la aparılan danışıqlar qrupundan ayrıldığı xəbəri yayılmışdı.

Rəsmi Tehran isə bu iddiaları qəti şəkildə rədd edib.

 

Musavat.com

Избранный
62
musavat.com

1Источники