RU

Balakişi Qasımov AzTV yə sədrlik edərsə…

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Baş direktoru Balakişi Qasımovun səlahiyyət müddəti başa çatdı. Balakişi İTV-də bəzi islahatlar aparmağa nail oldu. Milli Məclisin iclaslarının birində İTV-nin Yayım şurasının işini yüngülvari tənqid etdik və bəzi tövsiyələr verdik. Hörmətli Balakişi müəllim İTV-də bizə dərhal qadağa qoydu“.

GUNUNSESI.INFO  bildirir ki, bunu sabiq deputat,  tanınmış təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında yazıb.

O, bildirib ki, bu televiziyada verilişlərə dəvət məsələsində dostbazlıq, qohumbazlıq, məhəllə uşağı, sinif yoldaşı, rusdilli “kiryuxa”lıq rol oynayıb: “Mən bu işdə Balakişini qətiyyən qınamıram. Belə işlər bizim mentalitetimizin “ornamenti”dir. Belə işlərlə akademiklər, rektorlar, agentlik, nazirlik, komitə rəhbərləri və s. şəxslər də açıq-aşkar məşğul olursa onda Balakişiyə nə gəlib? Ancaq yenə də təkrar edirəm, Balakişi Qasımov nisbətən islahatçı və nisbətən demokratik düşüncəli adamdır. Yaşlaşdıqca mentalitetdə olan neqativ davranışları yumşalda bilər”.

Eks deputat hesab edir ki, Balakişi Qasımov AzTV-yə təyin olunarsa, bu televiziyada da müəyyən islahatlar apara bilər:

“Düşüncəmə görə yalnız o, Rövşən Məmmədovun dostbazlıq, yerlibazlıq, qohumbazlıq, səriştəsizlik mərəzinə yoluxdurmuş dövlət televiziyasını xilas edə bilər. Yenə də deyirəm, bu mənim subyektiv fikrimdir və bu prinsipə hörmətlə yanışılmalıdır”.

Afət

GUNUNSESI.INFO

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
80
icma.az

1Источники