RU

ABŞ İranla əlaqəli 344 milyon dollarlıq kriptovalyutanı dondurub

BAKI, 25 aprel. TELEQRAF

ABŞ İranla əlaqəli 344 milyon dollarlıq kriptovalyutanı dondurub. Tehranın vəsaitlərdən istifadə imkanından məhrum edilməsinə yönəlmiş tədbirlər davam etdiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib.

Bessent "X"də yazıb: "İqtisadi sanksiyaların bir hissəsi olaraq, ABŞ Maliyyə Nazirliyi Tehranın vəsait yaratmaq, hərəkət etdirmək və geri qaytarmaq qabiliyyətini sistematik şəkildə pozmağa davam edəcək. Xarici Aktivlərə Nəzarət İdarəsi İranla əlaqəli çoxsaylı cüzdanlara sanksiya tətbiq edir və nəticədə 344 milyon dollarlıq kriptovalyuta dondurulubr. Tehranın ölkədən çıxmağa çalışdığı bütün vəsaitləri izləyəcək və rejimlə əlaqəli bütün maliyyə xətlərini hədəf alacağıq" - nazir bildirib.

Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi İranın sözdə kölgə donanması ilə əlaqəli olduğu iddia edilən təxminən 40 gəmiçilik şirkəti və tankerə qarşı sanksiyaların tətbiq olunduğunu elan edib.

Избранный
40
2
teleqraf.com

3Источники