“Neftçi” Misli Premyer Liqasının 29-cu turunun “Qarabağ”la oyunundan əvvəl şad xəbərə sevinib.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın forvardı Bassala Sambu bu görüş ərəfəsində zədəsini tam olaraq sağaldıb.
“Neftçi”ni əsas hücumçusu bir neçə həftəlik fasilədən sonra heyətə məşqlərə qoşulub.
İngilis “Qarabağ”la matçda ilk dəqiqələrdən meydana çıxa biləcək.
"Neftçi" - "Qarabağ" matçı aprelin 26-da "Palms Sports Arena"da keçiriləcək və görüşə saat 19:00-da start veriləcək.