RU

Dünyada ilk: “qocalığa qarşı vaksin” hazırlanır

Rusiyada hüceyrələrin qocalması ilə bağlı genin bloklanmasına əsaslanan yeni preparat hazırlanır.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Elm və Ali Təhsil Nazirliyində bildirilib.

Məlumata görə, alimlər hüceyrələrin yaşlanma prosesində mühüm rol oynayan RAGE adlı gen reseptorunu hədəfə alıblar. Qeyd olunur ki, məhz bu reseptorun aktivləşməsi hüceyrədə qocalma prosesini işə salır. Əksinə, onun bloklanması hüceyrələrin “gənc” qalmasına imkan yarada bilər.

Nazirlikdən verilən açıqlamada bildirilir ki, bu prinsip əsasında dünyada ilk dəfə olaraq konkret olaraq həmin reseptoru bloklayan gen-terapiya preparatının hazırlanması qarşıya məqsəd kimi qoyulub.

Eyni zamanda vurğulanır ki, layihənin əsas hədəfi yalnız yaşlanmanı ləngitmək deyil, həm də insanların orta ömür müddətini artırmaqdır.

Əvvəlki proqnozlara görə, bu preparatın hazırlanması prosesinin 2030-cu ilə qədər yekun mərhələyə çatdırılması planlaşdırılır.

Bildirilir ki, Rusiyada ömür uzunluğunun artırılması ilə bağlı layihələrə hazırda trilyonlarla rubl vəsait ayrılır.

 

Musavat.com

Избранный
49
2
musavat.com

3Источники