RU

“Qərarı ilə razılaşmaya bilərəm, amma onu təhqir etməmişəm”

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qarabağ”ın futbolçusu Marko Yankoviç “Sabah” oyunundan sonra baş hakim Rəvan Həmzəzadə ilə mübahisəsindən danışıb.

Futbolpress.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi həmin epizodların yer aldığı videoya bu şərhi yazıb:

“Özünü ciddi jurnalist və ağıllı insan kimi təqdim edirsənsə, mən səndən aşağıdakı suallara cavab verməyini istəyirəm:

Əgər mən onu vurmaq istəsəydim, bunu etmək üçün kifayət qədər imkanım olmazdımı?

Əgər 20 nəfərin reaksiyası eynidirsə, mümkündürmü ki, onların hamısı dəli olsun və yalnız 1 nəfər haqlı olsun?

Sizlərdən kimsə özünə sual veribmi ki, hakim nə dedi və ya nə etdi ki, mən belə reaksiya verdim?

Və xeyr, bu penalti olduğunu düşündüyüm üçün deyil. Məsələ ondadır ki, meydanda ilk dəfə ondan VAR-a baxmağı xahiş edəndə o, mənə qırmızı vərəqə verdi və “rədd ol” dedi! Təkcə bir dəfə yox, dəfələrlə və təkcə mənə yox! Üstəlik, meydanda ən sakit insan olmalı olan hakim məni paltardəyişmə otağına dəvət edir?! Niyə? Mənimlə dava etmək üçün? Bu, absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır. Qərarı ilə razılaşmaya bilərəm, amma onu təhqir etməmişəm. Unutmayın ki, bu, “Qarabağ”da 4 il ərzində mənim ilk qırmızı vərəqəmdir və karyeramda ikinci dəfədir. Fikirləşin”.

“Qarabağ” “Sabah”a 1:2 hesabıyla uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
75
9
futbolpress.az

5Источники