RU

İmtahan sualları niyə çaşdırıcı olur? – Səbəbləri açıqlandı

Tam orta təhsil səviyyəsi üzrə mart ayında keçirilən buraxılış imtahanından sonra mediada və sosial platformalarda abituriyent və valideynlərin sualların çətin olması ilə bağlı şikayətləri eşidilir. Buraxılış imtahanlarının mərhələli təşkili, zonalar üzrə keçirilən imtahanlar arasında böyük vaxt fərqinin nəticələrdə mənfi rol oynaması ilə bağlı da şikayətlər var.

Bu günlərdə Elm və təhsil naziri Emin Əmrullayevin “Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik və bacarıqlarını ölçməyə” fikirləri isə valideyn və abituriyentlərin fikirlərinə bir növ haqq vermiş oldu.

“Sual düşündürücü olmalıdır, çaşdırıcı yox”

“Sualların necə tərtib olunması, nəyi ölçməsi və hamı üçün nə dərəcədə ədalətli olması çox həssas məsələdir”, - deyən Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın üzvü Günay Əkbərovanın fikrincə, nazirin səsləndirdiyi fikir əslində uzun illərdir səssiz şəkildə danışılan bir narahatlığı üzə çıxarıb: “Bəzən həqiqətən də elə suallar olur ki, şagird “tələyə düşməmək” üçün diqqət oyununa girir. Bu da belə bir hiss yaradır ki, sanki məqsəd şagirdin nəyi bildiyini yox, harada çaşacağını yoxlamaqdır. Amma digər tərəfdən baxanda, imtahan suallarının müəyyən hissəsinin düşündürücü və fərqləndirici olması da vacibdir. Çünki yüksək nəticə göstərənlərlə orta nəticə göstərənləri ayırmaq üçün yalnız sadə yaddaş tipli suallar kifayət etmir. Dünya təcrübəsində də (məsələn, OECD-nin PISA qiymətləndirməsində) suallar daha çox analiz, tətbiq və düşünmə bacarıqlarını ölçür. Amma burada incə xətt var: sual düşündürücü olmalıdır, çaşdırıcı yox”.

“Zənnimcə, burada da şagirdə haqsızlıq edirik”

Избранный
78
5
publika.az

10Источники