RU

Azərbaycanda taksi istifadəçilərinin sayı kəskin artdı

Bu ilin yanvar–mart aylarında taksi xidmətlərindən 19 milyon 488 min sərnişin istifadə edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur.Həmin dövrdə ictimai nəqliyyatda da sərnişin axınında artım qeydə alınıb. Belə ki, cari ilin I rübündə avtobuslardan 432 milyon 39,9 min, metrodan isə 53 milyon 508,3 min sərnişin istifadə edib ki, bu göstəricilər də illik müqayisədə müvafiq olaraq 8,6% və 1,3% artıb.

Eyni zamanda, hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5,5% artaraq 912,6 min nəfərə, dəmiryolu nəqliyyatı üzrə isə 23,8% artaraq 2 milyon 568,7 min nəfərə çatıb.

Избранный
27
9
metbuat.az

10Источники