RU

İTV yə direktor seçkisi ilə bağlı rəsmi AÇIQLAMA

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Aprelin 24-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım şurasının növbəti iclası keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Yayım şurasının üzvü Azər Həsrət məlumat verib.

O bildirib ki, iclasda ümumi gündəlikdə olan mövzular müzakirə edilib, maliyyə məsələlərinə baxılıb, 2025-ci ilin hesabatı qəbul edilib.

"Baş direktorun seçkisi ilə bağlı müzakirə aparılmadı. Çünki hələ ki vakansiya elanı verilib, mayın 8-dək namizədliklər irəli sürüləcək. Bundan sonrakı iclasların birində, təxminən mayın sonunda baş direktor seçkisi baş tutacaq", - deyə o vurğulayıb.

Xatırladaq ki, aprelin 23-də Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
5
news.milli.az

6Источники