Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Məsələ yalnız artıq çəki ilə məhdudlaşmır, burada əsas problem metabolik pozuntulardır. Bu əməliyyatlarla təkcə çəki problemi aradan qaldırılmır, artıq çəki ilə yanaşı bir çox yanaşı xəstəliklərin də müalicəsi mümkün olur".
Redaktor.az xəbər verir ki, bunu Beynəlxalq “Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər” konqresində çıxışı zamanı prof.dr. Ahmet Gökhan Türkçapar dedi.
Mütəxəssis qeyd etdi ki, tibbi dərman müalicəsində uzunmüddətli və davamlı mübarizə tələb olunduğu halda, cərrahi müdaxilə bir çox hallarda daha təsirli nəticələr verir:
"Bununla yanaşı, əməliyyatların müəyyən riskləri də mövcuddur. Bunlara vitamin və mineral çatışmazlığı, bəzi psixoloji çətinliklər və digər ağırlaşmalar daxildir. Piylənmə cərrahiyyəsi insan ömrünü uzadan yeganə sağlamlıq müdaxilələrindən biri hesab olunur. Başqa bir çox əməliyyat növləri bu səviyyədə ümumi sağlamlıq faydası vermir. Son illərdə tibbi təcrübənin artması ilə bu əməliyyatların təhlükəsizliyi xeyli yüksəlib. Hazırda ölüm riski təxminən 0,2 faiz səviyyəsinə qədər enib və bu göstərici bir çox digər cərrahi müdaxilələrlə müqayisədə aşağı hesab olunur. Ürək damar əməliyyatları, omba protezi və yoğun bağırsaq əməliyyatları da müəyyən risk daşısa da, cəmiyyətdə onların təhlükəsi daha az müzakirə olunur. Bariatrik cərrahiyyə isə daha çox diqqət çəkdiyi üçün riskli əməliyyat kimi təqdim edilir. Halbuki ümumi ağırlaşma göstəricisi təxminən 3,2 faiz səviyyəsindədir".
NURİYYƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.