RU

Türkiyə bayrağının Ermənistanda yandırılması təsadüfi deyil – Şərh

Bakı. Trend:

İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə əlaqədarkeçirilən yürüş zamanı Türkiyənin dövlət bayrağının yandırılmasıbir daha göstərdi ki, Ermənistan cəmiyyətində radikal düşüncə vəaqressiv milliyyətçilik hələ də ciddi şəkildə mövcuddur.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü,deputat Vasif Qafarov deyib.

Millət vəkili bildirib ki, bu cür hərəkətlər təkcə ayrı-ayrıqrupların emosional reaksiyası deyil, uzun illər formalaşdırılmışvə sistemli şəkildə qidalandırılmış ideoloji yanaşmanınnəticəsidir. Tarix boyu azərbaycanlılara qarşı törədilənzorakılıqlar, mədəni irsin dağıdılması və tarixi faktlarınsaxtalaşdırılması da eyni düşüncə tərzinin davamı kimiqiymətləndirilməlidir.

Vasif Qafarovun fikrincə, hər hansı dövlətin bayrağınınyandırılması beynəlxalq münasibətlərdə qəbul olunmayan, gərginliyiartıran və qarşıdurmanı qızışdıran addımdır:

“Belə bir hadisənin paytaxtda, üstəlik təşkil olunmuş tədbirçərçivəsində baş verməsi təsadüfi sayıla bilməz. Bu, həm də onugöstərir ki, Ermənistan hakimiyyəti və hüquq-mühafizə orqanları bukimi təxribatların qarşısını almaqda maraqlı olmayıb və ya bunabilərəkdən göz yumub. Halbuki bu cür davranışların demokratiya vəifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur, əksinə, nifrətritorikasının təşviqi kimi qiymətləndirilməlidir”.

Deputat vurğulayıb ki, baş verən hadisəyə görə məsuliyyətbirbaşa Ermənistan rəhbərliyinin üzərinə düşür:

“Dövlət yalnız daxili sabitliyi qorumaqla kifayətlənməməli, eynizamanda regionda sülh və əməkdaşlıq üçün də real addımlaratmalıdır. Bu baxımdan, baş verən insidentin obyektivaraşdırılması, günahkarların müəyyən olunaraq məsuliyyətə cəlbedilməsi vacibdir. Əks halda, bu kimi hadisələr regionda etimadmühitinin formalaşmasına ciddi zərbə vurmağa davam edəcək”.

Onun sözlərinə görə, Türkiyənin prinsipial mövqeyi vəAzərbaycanın yanında qətiyyətlə dayanması regionda güc balansınınqorunmasında mühüm rol oynayır. Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğanın Azərbaycanla qardaşlıq münasibətlərinə verdiyi önəm,eləcə də Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistanmünasibətlərinin paralel inkişaf etməsi ilə bağlı mövqeyi bölgədədavamlı sülh üçün əsas şərtlərdən biridir. Bu siyasət həm də onugöstərir ki, regionda sabitlik birtərəfli deyil, qarşılıqlı hörmətvə məsuliyyət prinsipləri əsasında mümkündür.

“Bugünkü reallıq ondan ibarətdir ki, destruktiv addımlar nəErmənistanın özünə, nə də regiona fayda gətirir. Əksinə, sülhəxidmət edən rasional yanaşmalar və konstruktiv siyasət uzunmüddətlisabitliyin yeganə yoludur. Ermənistan cəmiyyəti və hakimiyyəti dəgec-tez bu həqiqəti qəbul etməli olacaq”, - deyə o fikrinitamamlayıb.

Избранный
83
1
az.trend.az

2Источники