RU

Bir şəkil, min mesaj: Əliyev Zelenski görüşünün pərdəarxası

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və səfər çərçivəsində cənab Prezident İlham Əliyevlə Zelenskinin qucaqlaşaraq görüşməsi sadəcə kameraların önündə çəkilən adi protokol şəkli də deyildi, həm də  dünyaya  ünvanlanmış bir mesaj idi. Çünki Prezident İlham Əliyevlə Volodimir Zelenskinin görüşündə ən çox diqqət çəkən  və ən güclü mesaj bu bir anlıq qucaqlaşma jestində gizlənirdi”.Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat qeyd edib ki, hər iki ölkə liderinin bu  səmimi görüşü siyasətin soyuq dili ilə yox, etimadın isti dili ilə danışdı: “ Bu, Bakının Kiyevə “Sən tək deyilsən” mesajı idi”. O əlavə edib ki, bunun həm də bir geosiyasi mənası var: “Bəzən beynəlxalq münasibətlərdə bir jest onlarla sənəddən daha güclü olur. Əliyevin Zelenskini qucaqlaması təkcə iki liderin yaxınlığı deyildi. Bu, Azərbaycanın öz mövqeyini açıq göstərməsi idi. Azərbaycan çətin vəziyyətdə olan tərəfdaşlarını tək buraxmır. Bakı balans siyasəti aparsa da, humanitar və mənəvi xəttini qoruyur. Regional güc kimi yalnız iqtisadi deyil, siyasi və mənəvi məsuliyyət daşıyır. 

Bu jest həm də Şərqi Avropaya, Mərkəzi Asiyaya və Cənubi Qafqaza ünvanlanan bir mesaj idi. Bakı artıq sadəcə tərəfdaş deyil, həm də mərkəzdir”.Millət vəkili qeyd edib ki, Azərbaycanla Ukrayna arasında münasibətlər kağız üzərində qurulmuş formal əlaqələr deyil: “Bu münasibətlər müharibənin sınağından keçib. Azərbaycan ən çətin anlarında Ukraynanın yanıda oldu və humanitar yardım göndərdi, enerji sahəsində dəstək verdi. Ukraynalı uşaqlar üçün sosial və reabilitasiya proqramları təşkil etdi. Bu,  artıq diplomatiya deyildi, real dəstəkdir. Müharibə zamanı verilən dəstək isə hər zaman ikiqat dəyər daşıyır. Çünki belə anlarda dostluq yoxlanılır”.Zelenskinin Moskvanın razılıq verəcəyi təqdirdə Bakının dialoq ünvanaı olacağı mesaja gəldikdə isə deputata bildirib ki, bu görüşün ən strateji məqamlarından biri də Bakının özünü sülh platforması kimi təqdim olunması idi.“Zelenskinin açıqlaması təsadüfi deyildi. Əgər şərtlər uyğun olarsa, danışıqlar Azərbaycanda keçirilə bilər. Bu isə o deməkdir ki, Bakı artıq neytral vasitəçi kimi qəbul olunur. Azərbaycan regiondan kənar münaqişələrdə belə etibarlı platformaya çevrilir və siyasi dialoq üçün yeni coğrafi mərkəz formalaşır. Bu, geosiyasi statusun dəyişməsi deməkdir”.

Deputat onu da əlavə edib ki, bu gün Azərbaycan yalnız Cənubi Qafqaz ölkəsi deyil: “Artıqərq–Qərb arasında enerji körpüsüdür, Şimal–Cənub xəttində nəqliyyat qovşağıdır  və getdikcə daha çox siyasi dialoq platformasına çevrilir. Bakı artıq hadisələri izləyən yox, onları formalaşdıran aktordur”.Deputat  son olaraq iBakı ilə Kiyev arasındakı  münasibətləri iki ölkə liderinin bir-birini bağrına basması jestində olduğunu ifadə edərək deyib: “Bu təsadüfi deyildi. Bu, bir tərəfdaşlığın simvolu idi. Bu, etimadın vizual ifadəsi idi. Bu, dünyanın görməsi üçün verilən mesaj idi. Bakı yalnız  Qərblə Şərq, Şimalla Cənub arasında bir bağlantı mərkəzi deyil, həm də sabitlik, etimad  ixrac edir. Və ən əsası isə Bakı çətin gündə yanında duran ölkə olduğunu sübut edir”.Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
67
2
olke.az

3Источники