RU

Rusiya İsrailə reaksiya verdi: İkiüzlü siyasət aparır

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İsrail Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə məhəl qoymur, lakin buna baxmayaraq digər ölkələri nüvə silahlarının yayılmasında ittiham edir.

Turkustan.az xəbər verir ki, Zaxarova İjevsk şəhərində keçirilən həftəlik mətbuat konfransında cari məsələlərə toxunaraq qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar bu müqavilənin pozulması deməkdir. Onun sözlərinə görə, həmin hücumlar əsasən İsrailin maraqları çərçivəsində baş verib.

O əlavə edib ki, İsrail tarixən bu müqaviləyə qoşulmayıb və ya onu nəzərə almayıb, buna baxmayaraq digər ölkələrə qarşı ittihamlar səsləndirir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
1
icma.az

2Источники