RU

Əli Laricaninin dəhşətli ölümü: “Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı”

ain.az, Yenisabah portalına istinadən məlumat verir.

"Qardaşımın başı, bədəni yox idi və yalnız bir əli qalmışdı". Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, Fundamental Elmlər İnstitutunun rəhbəri olmuş Əli Laricaninin qardaşı Məhəmməd Cavad Laricani deyib.

"Yeni Sabah" "Azad İran" "Telegrem" kanalına istinadən xəbər verir ki, o, Əli Laricaninin öldürülməsinə dair dəhşətli detalları açıqlayıb.

Cavad Laricani bildirib ki, qardaşının meyiti şiddətli hava hücumu nəticəsində tam parçalanıb.

Xatırladaq ki, Əli Laricani martın 17-si səhər saatlarında ABŞ və İsrailin İran ərazisinə endirdiyi hava zərbələri fonunda baş verən hücum zamanı həlak olub.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
10
yenisabah.az

5Источники