RU

Dövlət Vergi Xidmətinin əməkdaşları ilə APDA nın rəhbərliyi arasında görüş keçirilib

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin əməkdaşları ilə Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının (APDA) rəhbərliyi arasında görüş keçirilib.

525.az xəbər verir ki, görüş zamanı dövlət – biznes dialoqunun əhəmiyyəti vurğulanıb, DVX tərəfindən özəl sektorla açıq və davamlı əməkdaşlığa xüsusi önəm verildiyi, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi prosesində sahibkarların rəy və təkliflərinin nəzərə alındığı bildirilib. Assosiasiya üzvləri ilə vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi ilə bağlı yaranan suallar ətrafında geniş müzakirələr aparılıb. Yekunda dövlət – özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi vurğulanıb.

Qeyd edək ki, hazırda “UPS-Az”, “Dərhal LTD”, “Azeri Express”, “Ase Asya Afrika Hızlı Karqo və Dağıtım”, “Starex”, “Limak”, “Demir Cargo”, “United Logistic Group”a daxil olan “Expargo”, “Morex”, “Kango”, “166 Karqo”, “Kargolux” və “Findex” Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının üzv şirkətləridir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
59
50
525.az

10Источники