RU

Kerolayn Levittin Ağ Evdəki SON BRİFİNQİ - Vəzifədən GEDİR

Ağ Evin mətbuat katibi Kerolayn Levitt ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar analıq məzuniyyətinə çıxdığını elan edib.

Musavat.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edərək, vəzifəsindən müvəqqəti ayrıldığını bildirib.

Levitt keçirdiyi sonuncu brifinqdə jurnalistlərə müraciət edərək deyib:

"Sonda şəxsi həyatımla bağlı bir neçə söz demək istəyirəm. Görünür, bu, bir müddət üçün mənim sonuncu mətbuat konfransım olacaq. Gördüyünüz kimi, tezliklə ana olacağam. Ona görə də sizinlə çox yaxında görüşəcəyik. Bilirəm ki, burada, Ağ Evdə komandamın etibarlı əllərində olacaqsınız. Həmçinin hər birinizdə prezidentin şəxsi telefon nömrəsinin olduğunu da bilirəm. Şübhə etmirəm ki, mən burada olmadığım müddətdə bu binadan gələn xəbərlər və bəyanatlar üçün darıxmayacaqsınız".

AFP-nin verdiyi məlumata görə, Ağ Ev hələlik onun yerinə rəsmi əvəzləyici təyin etməyib. Ehtimal olunur ki, Levittin yoxluğunda mətbuat konfranslarını vaxtaşırı olaraq ABŞ-nin vitse-prezidenti Cey Di Vens kimi yüksək rütbəli rəsmilər keçirəcək.

Onun məzuniyyətinin nə qədər davam edəcəyi barədə də hələlik dəqiq məlumat verilmir.

Qeyd edək ki, 28 yaşlı Kerolayn LevittAğ Ev tarixinin ən gənc mətbuat katibidir. Onun 2024-cü ilin iyulunda dünyaya gəlmiş bir oğlu var. Livitt "Instagram" hesabında etdiyi paylaşımda 2026-cı ilin may ayında qız övladının dünyaya gələcəyini qeyd edib.

Musavat.com.

Избранный
78
musavat.com

1Источники