Aktyor Rıza Kocaoğlu 16 kiloqram çəki atması ilə gündəmə gəlib.
"Cebheinfo.az" xəbər verir ki, aktyor su orucu ilə çəkidən xilas olub. Aktyorun yeni görünüşü diqqət çəkib. O bildirib ki, eyni zamanda idman da edib.
Su orucu saxlayan Rıza qatı qidalardan imtina edib, ancaq su və sulu yeməklər qəbul edib.
Qeyd edək ki, aktyor sonuncu dəfə 2026-cı ilin aprelində Kanal D-də yayımlanan və qəfil finalı olan "İnci Tanələri" serialında rol alıb. (Axşam.az)
"Cebheinfo.az"