RU

“Tottenhem” səfərdə minimal hesablı qələbə qazandı

İngiltərə Premyer Liqasının 34-cü turunda “Vulverhempton” “Tottenhem”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, "Moline" stadionuda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçı Entoni Teylor idarə edib.

Görüşdə yeganə qol 82-ci dəqiqədə Joau Palinya tərəfindən vurulub.

Bu nəticədən sonra “Vulverhempton” 17 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb. “Tottenhem” isə 34 xalla 18-ci yerdədir.

Növbəti turda “Vulverhempton” 2 mayda “Sanderlend”i qəbul edəcək, “Tottenhem” isə 3 mayda səfərdə “Aston Villa” ilə qarşılaşacaq.

Избранный
53
90deqiqe.az

1Источники