RU

Sumqayıtda idman gimnastikası üzrə ölkə birinciliyi keçirilib (FOTO)

Bakı. Trend:

24 və 25 aprel tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksindəkişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə10-cu ölkə birinciliyi keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bilidirilib ki,turnirdə “Ocaq Sport”Klubu, Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunun Sumqayıtbölməsindən ümumilikdə 50-yə yaxın gimnast iştirak edib. İdmançılarkiçiklər, balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaşkateqoriyaları üzrə müxtəlif gimnastika alətlərində özproqramlarını nümayiş etdirərək bacarıq və hazırlıq səviyyələrinitəqdim ediblər.

Yarış ərzində gimnastlar həm texniki icra, həm də artistizmbaxımından fərqlənərək tamaşaçılara maraqlı və yaddaqalan çıxışlarnümayiş etdiriblər. Gərgin və rəqabətli mübarizə şəraitindəkeçirilən birinciliyin sonunda qaliblər və mükafatçılar medal vədiplomlarla təltif olunublar.

Yekun nəticələrə əsasən, “Ocaq Sport” Klubu ən yüksək nəticəgöstərərək yarışın ən parlaq komandası olub.

Azərbaycan Gimnastika Federasiyası olaraq, bu cür yarışlarınpaytaxtdan kənarda təşkili bizim üçün xüsusi əhəmiyyət daşıyır.Məqsəd, gimnastikanın ölkənin bütün bölgələrində inkişafını təminetmək, oradakı idmançıların potensialını üzə çıxarmaq və gəncnəsildə bu idman növünə marağı daha da artırmaqdır. Sumqayıtdakeçirilən bu birincilik də həmin strategiyanın uğurlu davamı kimidəyərləndirilir.

Gimnastları təbrik edir, növbəti yarışlarda uğurlar arzuedirik!

Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Избранный
30
2
az.trend.az

8Источники