RU

Azərbaycanın teatr və kino rejissoru Türkiyədə mükafatlandırılıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 25 aprel, AZƏRTAC

Teatr və kino rejissoru Saida Haqverdiyeva Türkiyədə keçirilən IV “Gümüş Karyera Ödülləri”nin laureatlarından biri olub.

AZƏRTAC xəbər verir ki, rejissor bu nüfuzlu mükafata kino və teatr sahəsindəki uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti, həmçinin Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin Ankara şəhərində baş tutan uğurlu premyerasına görə layiq görülüb. Filmin Ankaradakı nümayişi qardaş ölkənin mediasında geniş əks-səda doğurmuş, onunla bağlı çoxsaylı materiallar dərc olunmuşdur.

Məlumat üçün bildirək ki, Türkiyənin Ankara şəhərində təşkil olunan “Gümüş Karyera Ödülləri” müxtəlif sahələrdə uğur qazanan şəxslərin təltif edildiyi ictimai-mədəni əhəmiyyətli tədbirdir. Mükafatlandırma “BY Media” şirkətinin “Protokol” Dərgisi tərəfindən həyata keçirilir və siyasət, biznes, media, sənət və akademik sahələrdə fərqlənən simaları əhatə edir.

Qeyd edək ki, bu il dördüncü dəfə keçirilən mükafatlandırma mərasimi tanıtım və peşəkar fəaliyyətin qiymətləndirilməsi baxımından mühüm platforma kimi çıxış edir.

Mükafatların rəsmi təqdimetmə mərasimi mayın 20-də Ankara şəhərində baş tutacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
azertag.az

2Источники