RU

Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi

style='margin-bottom:10px;'>

İspaniya La Liqasında evdə "Barselona"ya 0:2 hesabı ilə uduzan "Xetafe"nin baş məşqçisi Xose Bordalas matçdan sonrakı mətbuat konfransında iştirak etməyib.

QOL.az xəbər verir ki, klubun mətbuat katibinin jurnalistlərə verdiyi məlumata görə, ispaniyalı mütəxəssis oyun zamanı səsini tamamilə itirdiyi üçün media nümayəndələri qarşısına çıxa bilməyib. 

Hazırda İspaniya çempionatının turnir cədvəlində 6-cı pillədə qərarlaşan "Xetafe" növbəti matçını mayın 3-də öz meydanında "Rayo Valyekano"ya qarşı keçirəcək. 

Qeyd edək ki, səfərdə qazandığı bu qələbə sayəsində xal ehtiyatını artıran "Barselona" əsas rəqibi Madrid "Real"ı ilə aradakı xal fərqini 11-ə yüksəldib.

Избранный
20
1
teleqraf.com

2Источники