RU

Araqçi yenidən İslamabada qayıdır: Tehrandan təlimat alındı

İranın xarici işlər naziri Abbas Araqçi Omandan sonra yenidən Pakistana – İslamabada səfər edəcək.

Musavat.com xəbər verir ki, Mehr agentliyinin məlumatına görə, nazirin müşayiət heyətinin bir hissəsi İslamabaddakı ilkin məsləhətləşmələrdən sonra Tehrana qayıdaraq müharibənin dayandırılması ilə bağlı məsələlər üzrə əlavə təlimatlar alıb.

Bildirilib ki, həmin nümayəndə heyəti bazar günü axşam saatlarında yenidən İslamabadda Araqçiyə qoşulacaq.

Məlumata əsasən, bu təkrar səfər İranın diplomatik fəaliyyətində mühüm mərhələ kimi qiymətləndirilir. Araqçinin Pakistan paytaxtında aparacağı yeni müzakirələrdən sonra onun Moskvaya yollanacağı gözlənilir.

Musavat.com

Избранный
38
7
musavat.com

7Источники