Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Alkoqol və bəzi dərman preparatlarının eyni vaxtda qəbulu insan həyatı üçün ciddi təhlükə yarada bilər. Narkoloq Andrey Tyurin xüsusilə bir qrup dərman preparatının spirtli içkilərlə mütləq uyğunsuzluğu barədə xəbərdarlıq edib.Demokrat.az xəbər verir ki, həkimin sözlərinə görə, yuxu dərmanlarını alkoqol ilə birlikdə qəbul etmək qətiyyən olmaz. Bu qadağanın səbəbi həm etanolun, həm də müasir yuxu preparatlarının beynin əsas tormozlayıcı sistemi olan QAMK reseptorlarına eyni mexanizmlə təsir etməsidir.Bu iki maddə orqanizmə eyni vaxtda daxil olduqda "potensiallaşma" hadisəsi baş verir. Bu zaman maddələr bir-birinin təsirini dəfələrlə gücləndirir. Praktiki olaraq, bir həb yuxu dərmanı və bir qədəh şərab beyinə eyni anda qəbul edilmiş bir neçə həb kimi təsir göstərir.Bu təhlükəli kombinasiya mərkəzi sinir sisteminin dərin tormozlanmasına səbəb olur. Nəticədə beyindəki tənəffüs mərkəzi fəaliyyətini dayandırır və insan yuxuda boğularaq ölmək riski ilə üzləşir.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.