Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer hesab edir ki, onunrəhbərlik etdiyi Leyboristlər Partiyası növbəti ümumi seçkilərdəqalib gələ bilər.
Trend xəbər verir ki, o, “TheSunday Times” qəzetinə verdiyi müsahibədə 2029-cu ildə keçirilməsiplanlaşdırılan seçkilərdə partiyaya rəhbərlik edib-etməyəcəyi iləbağlı suala müsbət cavab verib.
“Bəli”, – deyə Starmer bildirib. Onun sözlərinə görə, “düşünürəmki, biz qalib gələ bilərik. Bu, çox mühüm ümumi seçki olacaq.Britaniyalı olmağın nə demək olduğu sualının ön plana çıxacağı birseçki olacaq”.
O əlavə edib ki, bu seçki tolerantlıq dəyərləri ilə “yaşa vəbaşqasına da yaşamağa imkan ver” prinsipi arasında seçim xarakteridaşıyacaq.
Eyni zamanda, Britaniya mediası son vaxtlar Baş nazirin yaxınçevrəsində belə onun siyasi gələcəyi və səlahiyyət müddəti bitmədənistefa verə biləcəyi ilə bağlı şübhələrin artdığını yazır.
Müxalifət partiyaları isə Böyük Britaniyanın ABŞ-dəki səfiriPeter Mandelsonun amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinəgörə Starmerin istefasını tələb edirlər. Onların iddiasına görə,Baş nazir parlamenti çaşdırıb. 2025-ci ildə Starmer təyinatproseduruna əməl olunduğunu bildirsə də, keçmiş xarici işlər naziriOlli Robbins daha sonra Baş nazirlik aparatından mümkün təzyiqlərbarədə məlumat verib.