RU

YouTube Shorts u tam bloklamaq mümkün oldu

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

YouTube istifadəçilərə qısa videoların (Shorts) izlənməsini idarə etmək üçün yeni funksiya təqdim edib. Artıq istifadəçilər Shorts axınını tamamilə deaktiv edə bilərlər.Demokrat.az-ın məlumaına görə, bu xüsusiyyət əvvəlcə məhdud şəkildə test olunub və minimum vaxt limiti 15 dəqiqə idi. İstifadəçilərə fasilə etməyi xatırladan bildiriş göstərilirdi. Son yeniləmə ilə bu məhdudiyyət aradan qaldırılıb və limit “0 dəqiqə” seçilərək Shorts tam bloklana bilir.Funksiya ilkin mərhələdə valideyn nəzarəti çərçivəsində sınaqdan keçirilsə də, hazırda bütün istifadəçilər üçün əlçatandır. Beləliklə, həm uşaqlar, həm də böyüklər qısa videoları istədikləri kimi məhdudlaşdıra və ya tamamilə söndürə bilərlər.Shorts-u bağlamaq üçün istifadəçilər tətbiqin “Parametrlər” bölməsinə daxil olaraq “Vaxtın idarə edilməsi” və daha sonra “Gündəlik limitlər” hissəsindən “Shorts izləmə limiti”ni “0 dəqiqə” olaraq təyin etməlidirlər.Qeyd olunur ki, bəzi qısa videolar yenə də platformada görünə bilər. Yeni funksiya “doomscrolling” kimi tanınan uzunmüddətli və nəzarətsiz video izləmə vərdişini azaltmağa yönəlib.Ekspertlər hesab edir ki, bu addım istifadəçi nəzarətini artırmaqla yanaşı, rəqəmsal balansın qorunmasına da töhfə verəcək.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
demokrat.az

1Источники