RU

Evdə hazırlanan sadə maska ilə dərinizi gəncləşdirin

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dərinin sağlamlığı yaş artdıqca və xarici amillərin təsiri ilə zəifləyə bilər. Bu səbəbdən bir çox insan retinol və kollagen tərkibli kosmetik vasitələrə üstünlük verir. Lakin mütəxəssislər bəzi təbii qarışıqların da dəriyə qulluqda faydalı ola biləcəyini bildirir.Mütəxəssislərin sözlərinə görə, ev şəraitində hazırlanan sadə maskalar dərini daha təravətli, yumşaq və canlı göstərə bilər.Demokrat.az həmin maskalardan birinin hazırlanma qaydasını təqdim edir.Maskanın tərkibi:1 xörək qaşığı balqabaq püresi

1 çay qaşığı təbii bal

4–5 damcı bitki yağı (badam və ya kastor yağı)Hazırlanması və istifadəsi:Balqabaq püresi hamar kütlə halına salınır, üzərinə bal və bitki yağı əlavə edilərək qarışdırılır. Qarışıq təmizlənmiş üz və boyun dərisinə çəkilir, 15–20 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur. Həftədə bir dəfə istifadə edilməsi tövsiyə olunur.Faydaları:Balqabağın tərkibindəki vitaminlər dərinin yenilənməsini dəstəkləyə bilər. Bal dərini nəmləndirir və yumşaldır, bitki yağları isə elastikliyi artırmağa kömək edir.Mütəxəssislərin fikrincə, bu cür təbii maskalar dərinin ümumi görünüşünü yaxşılaşdıra bilər, lakin nəticələr fərdi xüsusiyyətlərdən asılıdır və peşəkar kosmetik vasitələri tam əvəz etmir.Qeyd:Maskadan istifadə etməzdən əvvəl dərinin kiçik hissəsində sınaq aparılması tövsiyə olunur. Allergik reaksiya yaranarsa, istifadə dayandırılmalıdır.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
62
demokrat.az

1Источники