RU

“Ceylan”ın gedəcəyi deyilir Sevgi üçbucağı dağılır?

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin məşhur serialı “Yeraltı”da gözlənilməz ayrılıq yaşana bilər.

“Qafqazinfo” xəbər verir ki, “Ceylan” obrazını canlandıran Devrim Özkanın mövsüm sonu seriala vida edəcəyi barədə xəbərlər yayılıb.

Belə ki, 12-ci bölümün sonunda “Yılmaz” obrazı “üçündən birini qurban verəcəyik” sözlərini deyib. “Yılmaz”ın mövsüm sonuna kimi üçündən birinin “qələmini qıracağı” və bunun da “Ceylan” obrazı olacağı ehtimal edilir.

İddiaların belə güclənməsinə səbəb son bölümdə “Ceylan”ın filmdəki kəşfiyyat komandası ilə görüşündə səsləndirdiyi fikirlər, onlardan aldığı təlimatı davam etdirməyin çətin olması haqda dedikləridir.

Qeyd edək ki, həmin üçlü baş rollar “Bozo” obrazına həyat verən Uraz Kaygılaroğlu, “Haydar Ali” obrazını canlandıran Deniz Can Aktaş və “Halide Ceylan” obrazını oynayan Devrim Özkandır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
qafqazinfo.az

1Источники