RU

Monqolustanda güclü zəlzələ - Çində də hiss edildi

Monqolustanda 6.0 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Çinin Zəlzələləri Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumata görə, sarsıntılar Çində də hiss olunub.

Bildirilib ki, yeraltı təkanların episentri ölkənin qərb hissəsində yerləşib. Zəlzələnin ocağı təxminən 10-15 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik dağıntı və ya xəsarət alanlar barədə rəsmi açıqlama verilməyib. Bununla belə, afterşokların baş verə biləcəyi istisna olunmur.

"Cebheinfo.az" 

Избранный
22
2
cebheinfo.az

3Источники