RU

Ağdərə rayonunda mina partlayışı baş verib

Bakı. Trend:

İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndiərazisində 2026-cı il 26 aprel tarixində mina hadisəsi başverib.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, BaşProkurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) MətbuatXidmətləri məlumat yayıb.

1967-ci il təvəllüdlü Xocalı rayonu Yenibinə kənd sakini ƏhmədovVüqar Salah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmişərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağındanxəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırmaaparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşlarıtəhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsiişarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqlarıərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərəmüdaxilə etməməyə çağırır!

Избранный
48
49
az.trend.az

10Источники