“Real Madrid” in keçmiş yarımmüdafiəçisi Quti Joze Mourinyonun Madrid klubuna mümkün qayıdışı ilə bağlı şayiələrə reaksiya verib.
Publika.az xəbər verir ki, Quti DAZN-də bildirib:
“Mourinyo əla məşqçidir, amma düşünürəm ki, o, “Fənərbağça”dan gəldiyi üçün hazırda zirvədə deyil, “Benfika”nı çox pis bir vaxtda idarə etdi. Düşünürəm ki, Mourinyodan daha yaxşı vəziyyətdə olan məşqçiləri təyin edərdim”.