RU

Samuxda avtomobil aşdı – Xəsarət alan var

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Samux-Kür yolunda qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarına aşıb. Qəza zamanı sürücü 1975-ci il təvəllüdlü A.Həmzəyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Избранный
57
konkret.az

1Источники