RU

Şərqşünaslıq İnstitutunun kitabları Ankarada Azərbaycan Türkcəsi Tədris Ocağına hədiyyə edilib

Bakı, 26 aprel, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kitabları Ankarada Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Tədris Ocağının kitabxanasına hədiyyə edilib.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Türkiyədə səfərdə olan Şərqşünaslıq İnstitutunun direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev aprelin 26-da Azərbaycan Türkcəsi Tədris Ocağının rəhbəri Şəhla İbişovayla görüşdə kitabları təqdim edib. Şərqşünas alim görüşdə institutun fəaliyyəti və tədqiqatları haqqında ətraflı məlumatları paylaşıb.

Qeyd edək ki, həmin tədris ocağında türkiyəli tələbələrə və digər xarici ölkələrin vətəndaşlarına Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti tədris olunur. Şəhla İbişova son dövrlər Türkiyədə Azərbaycan dilinə böyük maraq və diqqət olduğunu, dünyanın müxtəlif ölkələrindən Türkiyəyə təhsil almağa gələn universitet tələbələrinin tədris ocağında Azərbaycan dilini öyrəndiklərini və Azərbaycanla bağlı biliklərini artırdıqlarını bildirib.

Избранный
54
1
azertag.az

2Источники